İnsan hüquqları hər birimizin həyatını və ləyaqətini qoruyan dəyərdir- ÖZƏL

"10 Dekabr - Ümumdünya İnsan Hüquqları Günüdür. Bu gün, 1948-ci ildə BMT tərəfindən qəbul edilən İnsan Hüquqları Ümumi Bəyannaməsinin ildönümüdür. Ümumdünya İnsan Hüquqları Günü, hər bir insanın bərabər və layiqli şəkildə yaşaması, azadlıq və ədalət prinsiplərinin qorunması üçün dünya miqyasında önəmli bir gündür". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Hicran Hüseynova deyib: "İnsan hüquqları yalnız hüquqi bir məsələ deyil, hər birimizin həyatını və ləyaqətini qoruyan dəyərdir. Hər bir fərd hüquqlarına hörmətlə yanaşmaqla, daha ədalətli və güvənli bir cəmiyyətə töhfə verir.
Bugün, insan hüquqlarının qorunması, hər birimizin məsuliyyətidir. Gəlin, bərabərlik, ədalət və azadlıq üçün birgə çalışaq!"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31