Daha bir yeni nəsil qatar xəttə buraxıldı (VİDEO)
20:51 SosialAZCON Holding şirkətlərindən olan Bakı Metropoliteni qatar parkını genişləndirməkdə davam edir.
Olaylar xəbər verir ki, bu barədə Bakı Metropoliteni QSC məlumat yayıb.
Sərnişin məmnuniyyəti və xidmət keyfiyyətini artırmaq məqsədilə daha bir yeni nəsil qatar istismara verilib.
Ən yeni texnologiyalar əsasında hazırlanmış müasir vaqonlar bu il istismar müddəti başa çatan əvvəlki nəsil qatarın əvəzinə xəttə buraxılıb.
Bununla hazırda xətlərdə olan yeni nəsil qatarların sayı 170 vaqona (34 qatar) çatdırılıb.
Sazlama və komplektləşdirmə işləri aparılan daha 10 vaqon 2025-ci ilin sonunadək sərnişindaşımaya cəlb ediləcək.
Ümumilikdə ilin sonunda Bakı metropolitenində 180 yeni vaqon (36 qatar) istismarda olacaq.
Dövlət Proqramına uyğun olaraq, 2030-cu ilədək daha 299 yeni nəsil vaqon alınması planlaşdırılır.