İşçilərdən bu məlumatları məcburi tələb etmək mümkün olmayacaq

Əmək müqaviləsi bağlanarkən işçinin təqdim etdiyi sənədlərlə bağlı qaydalarda dəyişiklik ediləcək.

Bu məsələ Milli Məclisin Regional məsələlər komitəsinin dekabrın 3-də keçirilən onlayn iclasında müzakirə olunan Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Layihəyə əsasən, işçinin əmək və sosial hüquqları ilə bağlı təminatlarının və güzəştlərinin təmin edilməsi məqsədilə əmək münasibətləri ilə əlaqəli digər sənədlər (himayəsində olan ailə üzvlərinin sayı, əlilliyi olan şəxs olması, müharibə veteranı, məcburi köçkün statusu və s. barədə) işçi tərəfindən könüllü olaraq təqdim olunacaq.

Məqalədə:

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31