Elm və Təhsil Nazirliyinin tabeliyindəki 3 İstehsalat Birliyi ləğv edilib
16:51 SosialElm və Təhsil Nazirliyinin tabeliyindəki "Nafta" Elmi İstehsalat Birliyi, "Aşqar" Elmi İstehsalat Birliyi və "Kompozit" Elmi İstehsalat Birliyi ləğv edilib.
Olaylar.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əəsdov müvafiq qərar imzalayıb.
Sənədə əsasən, Elm və Təhsil Nazirliyi "Nafta" Elmi İstehsalat Birliyinin, "Aşqar" Elmi İstehsalat Birliyinin və "Kompozit" Elmi İstehsalat Birliyinin ləğv edilməsi ilə bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq zəruri tədbirlər görməli və nəticəsi barədə Nazirlər Kabinetinə məlumat verməlidir.
Elm və Təhsil Nazirliyi, İqtisadiyyat Nazirliyi, Ədliyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Maliyyə Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası bu Qərardan irəli gələn digər məsələləri qanunvericilikdə nəzərdə tutulmuş qaydada həll etməlidir.