"Azərbaycan Könüllülük Həftəsi 2025" çərçivəsində "Suveren Azərbaycan" İntellektual Könüllülər Liqası baş tutub
7 Dekabr 2025 19:03 SosialAzərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) tərəfdaşlığı və Azərbaycan Könüllü Təşkilatları İttifaqının (AKTİ) təşkilatçılığı ilə keçirilən intellektual liqa AKTİ-yə üzv təşkilatları təmsil edən Azərbaycan Könüllülərinin iştirakı ilə "Nə?, Harada?, Nə zaman?" formatında həyata keçirilib.
"Suveren Azərbaycan" İntellektual Könüllülər liqasının 1-ci yer qalibi "Bir Könüllü" Tələbələrin Əməkdaşlığı İctimai Birliyi, 2-ci yer qalibi "BDU Könüllüləri" Təşkilatı, 3-cü yer qalibi isə "ASAN Könüllüləri" Təşkilatı olub.
Yarışda iştirak edən könüllülərimizə təşəkkür edir, qalib komandaları təbrik edirik!






Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31