Bakıda Şaxta baba olmaq istəyən varmı? – Rəsmi
11:22 SosialYeni il bayramına sayılı günlər qalsa da, Bakıda Şaxta baba və Qar qızı personajlarına rast gəlinmir.
Qeyd edək ki, paytaxtda Şaxta baba və Qar qızı olmaq istəyənlər Bakı Şəhər İcra Hakimiyyətindən icazə almalı, müəyyən rüsum ödəməlidir.
Olaylar.az bildirir ki, Modern.az məsələ ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyətinə sorğu ünvanlayıb.
Qurumdan verilən açıqlamada bildirilib ki, bugünədək Şaxta Baba və Qar Qızla bağlı heç bir müraciət daxil olmayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31