Qardaş ölkə ilə bağlı ŞOK XƏBƏRDARLIQ edildi - Fəlakət baş verə bilər…
15:13 SosialProfessor Naci Görür son dövrlərdə Türkiyədə zəlzələlərin müəyyən qədər az baş verməsinin cəmiyyətdə arxayınlıq yaratdığını bildirib.
Musavat.com bildirir ki, o, "X" hesabında ciddi xəbərdarlıq edib.
Görür Türkiyənin təxminən 14 milyon ildir aktiv zəlzələ zonasında yerləşdiyini və bu hərəkətliliyin milyonlarla il daha davam edəcəyini qeyd edib:
"Bu günlərdə zəlzələlər çox baş vermir. Məhz belə dövrlər zəlzələ barədə danışmaq və tədbir görmək üçün ən düzgün zamandır. Zəlzələ əbədi və əzəlidir. "Olacaqmı, olmayacaqmı?" deməyi bir kənara qoyun. Ölkəmizin əksər yerlərində zəlzələ olur və olarsa, fəlakətə səbəb ola bilər".
Alim insan tələfatının qarşısını almaq üçün görülməli addımlardan da danışıb:
"İnsanlarımız ölməsin. Zəlzələ barədə danışıb lovğalanmağı bir kənara qoyaq. Gəlin, zəlzələyə davamlı şəhərlər necə qurulmalıdır - bu barədə danışaq. İdarəetməni, cəmiyyəti, infrastrukturu, ekosistemi və iqtisadiyyatı zəlzələyə davamlı edək".