Binəqədidəki partlayışda yaralananların vəziyyəti AÇIQLANDI

Ötən gün Binəqədi rayonunda obyektdə baş verən partlayış zamanı xəsarət alan şəxslərin son vəziyyəti açıqlanıb.

Nərimanov Tibb Mərkəzindən cavab olaraq bildirilib ki, dekabrın 5-də, saat 15:30-da Binəqədi rayonu ərazisindən partlayış baş verməsi səbəbilə Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzinə hospitalizasiya olunan üç nəfərdən (kişi) ikisinin vəziyyəti orta ağır, bir nəfərin vəziyyəti isə ağır olaraq qiymətləndirilir.

"Vəziyyəti ağır olan pasiyentin müalicəsi reanimasiya şöbəsində davam etdirilir", - deyə məlumatda bildirilir.

Qeyd edək ki, partlayış dünən Bakı şəhəri, Binəqədi rayonu, S.Məmmədova küçəsində yerləşən kafedə baş verib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31