Sabah yollarda görünüş məsafəsi məhdudlaşacaq

Sabah hava şəraiti ilə əlaqədar avtomobil yollarında gözlənilən vəziyyət açıqlanıb.

Olaylar.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, dekabrın 6-da bəzi dağlıq və dağətəyi rayonlarda dumanlı hava müşahidə olunacaq. Bu hava şəraiti ilə əlaqədar olaraq avtomobil magistral yollarında görünüş məsafəsinin 500-1000 metrədək məhdudlaşacağı gözlənilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31