Yeni ili bölgələrdəki hotellərdə qarşılamaq neçəyə başa gəlir? - QİYMƏTLƏR

Yeni ilin yaxınlaşması səbəbindən Azərbaycanın hotel sektorunda canlanma müşahidə olunur. Bayram günlərində həm yerli turistlərin, həm də xarici qonaqların sayının artması tələbatı yüksəldir və bu da qiymət dinamikasında müəyyən dəyişikliklərə səbəb olur.

Trend bayram günlərində (31Dekabr - 2 Yanvar) bölgələrdə yerləşən məşhur hotellərdə istirahətin qiymətlərini təqdim edir:

Şirvan Grand Hotel: 1390 manat (2 nəfər üçün) Paketə daxildir: Şou proqram, səhər, nahar və şam yeməkləri

Sakit Göl Şamaxı: Standart otaq (2 nəfərlik) 1100 manat, 4 nəfərlik kotteclər 1700 manat, ailə otağı 4 nəfərlik 1600 azn

Qiymətə daxildir: 31 Dekabr Qala gecəsi (yemək ilə) ,1 Yanvar səhər və şam yeməyi

Shamakhi Palace Sharadil: 1980 manat (nahar və şam yeməkləri, alkoqollu və alkoqolsuz içkilər daxil)

"Basqal Resort and Spa": 31 dekabr - 2 yanvar arası qonaqlama 1 860 manat

Hotelin nəzdnindəki daha böyük ailələr üçün nəzərdə tutulan 6 nəfərlik villaların qiymətləri isə təxminən 5030 manat civarındadır.

Qarabağ hotel (Şuşa): 2 gecə 750 manat

Sheki Palace Hotel: 2 nəfərlik paket 660 manat

Paketə daxildir: Qala gecəsi, səhər yeməyi, canlı musiqili proqram, fitness, DJ şousu

Park Chalet Şahdağ: 1 nəfər 350-400 manat. Paketə xüsusi buffet menyu, DJ performansı və seçilmiş içkilər daxildir.

Marxal Resort and Spa: 2 nəfərlik Standard eyvansız otaq - 840 manat 4 nəfərlik Standard Villa - 1340 manat

Qiymətə səhər, şam yeməyi, musiqili proqram, Spa xidmətləri daxildir.

İsmayıllı Resort Hotel: 31 dekabr giriş, 2 yanvar çıxışla, ümumi qiymət: 550 manat

Qafqaz Tufandağ Hotel: 2 nəfərlik standart otaq 840 manat, 2 nəfərlik deluxe otaq 920 manat.

Bayram günündə qeyd edilən qiymətlərə daxildir: səhər, şam yeməkləri, əyləncə proqramları, Spa xidmətləri

Qiymətə qala gecəsində iştirak, xüsusi şam yeməyi (31 dekabr və 1 yanvar), canlı musiqi və şou proqram, performansı, uşaqlar üçün animatorlar və əyləncə

"Lankaran Springs Wellness Resort": bayram paketi 2 nəfərlik 1 500 manat

Qala Hotel Xankəndi: 2 nəfərlik otaq

Yeni il qiyməti - 790 azn, 3 nəfərlik otaq Yeni il qiyməti - 890 azn, 4 nəfərlik otaq Yeni il qiyməti -990 azn

Qiymətə qala gecəsi, canlı musiqi ,Saz şou, atəş fəşanlıq daxildir.

Hazırda qiymətlər müxtəlifdir və hotelin imkanlarından, xidmətlərdən asılı olaraq dəyişə bilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31