Güzəştli mənzillərin satışı ilə bağlı açıqlama niyə verilmir?- ÖZƏL

"Maraqlıdır ki, MİDA ötən gün keçirilən  güzəştli mənzillərin onlayn satışı ilə bağlı indiyədək heç bir rəsmi açıqlama verməyib. Saytında və sosial resurslarında bu haqda heç bir rəsmi açıqlama yerləşdirilməyib". "Olaylar" xəbər verir ki, bunu Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib: "İlk dəfədir ki, belə hal müşahidə olunur. Əvvəllər MİDA satış keçirilən gün ilkin məlumatları açıqlayırdı. Xatırladıram ki, çoxsaylı istifadəçilər ötən gün keçirilən satış prosesində xeyli çatışmazlıqların, xüsusən də texniki problemlərin, satış başlayan an sistemin ani olaraq çökməsinin, sistemdə onlayn satış prosesini icra etməyin mümkün olmadığını bildiriliblər. 
Əvvəlki satışlarda adətən sistemdə prosesi icra etdikdən sonra mənzillərin əldə edilməsinin mümkün olmadığı bildirilirdisə, bu dəfə ümumiyyətlə seçim prosesini icra etməyin mümkün olmadığı bildirilib.Ümid edirəm MİDA və aidiyyətı qurumlar baş verənlərə aydınlıq gətirəcəklər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31