Qaradağ sakinlərinə ödənişsiz hüquqi yardım edilib - ÖZƏL
4 Dekabr 2025 11:03 SosialKonstitusiya və Suverenlik İli çərçivəsində Milli Məclisin sədri Sahibə xanım Qafarovanın və Vəkillər Kollegiyasının təşəbbüsü ilə Qaradağ rayonunda az təminatlı və sosial həssas qruplara ödənişsiz hüquqi yardım aksiyası keçirilib. "Olaylar" xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Aydın Hüsynov məlumat verib: "Aksiyada Qaradağ Rayon İcra Hakimiyyəti Aparatının şöbə müdiri Həsrət Almasov, baş mütəxəsis Abbas Hüseynov, Səngəçal bələdiyyəsinin sədr müavini Zöhrab Babayev, Qızıldaş bələdiyyəsinin sədri Rövşən Abdulbağıyev, YAP rayon təşkilatının əməkdaşları- Hacı İbrahimov,Coşqun Salyarov, Rayon Ağsaqqallar Şurasının sədri Ramin Məmmədov və Qarabağ Qaziləri ictimai birliyinin sədri Əvəz İsmayılov iştirak ediblər. Aksiya zamanı vətəndaşlara üzləşdikləri problemlərin həlli yolları izah edilib".