Azərbaycanlı aparıcı ilə erməni jurnalistin canlı yayımda mübahisəsi düşdü - bu sözə görə
15:51 SosialAzərbaycanlı və erməni xanım jurnalistlərin canlı yayımda mübahisəsi düşüb.
Olaylar.az-ın məlumatına görə, REAL TV-nin aparıcısı Vəfa Həmzəyevanın efirində sülh gündəliyi və Ermənistanda azərbaycan dilində yaradılan televiziya yayımı müzakirə edilərkən Azərbaycan və Ermənistan nümayəndələri arasında gərgin anlar yaşanıb.
Canlı yayıma erməni mediasını təmsil edən jurnalist Diana Karapetyan qoşulub. Onun "Arsax" ifadəsini işlətməsi Azərbaycanlı aparıcı Vəfa Həmzəyevanın etirazına səbəb olub.
Aparıcının fikrinə rəğmən, erməni jurnalist "Qarabağ" sözünü işlətməyərək mövqeyini qoruyub və arqumentlərlə izah etməyə çalışıb.
Həmin anlar sosial mediada da maraqla qarşılanıb və izləyicilər arasında müzakirələrə səbəb olub. (Milli.az)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31