Bu il Azərbaycanda adını dəyişdirən şəxslərin sayı açıqlanıb

2025-ci ilin əvvəlindən 1 dekabr tarixinədək 1206 nəfərin adı və ya ata adı dəyişdirilib.

Bu barədə Ədliyyə Nazirliyindən məlumat verilib.

Bildirilir ki, olardan 849 nəfər qadın, 357 nəfər isə kişidir:

"Eyni zamanda onlardan 710 nəfər 18-29 yaş, 308 nəfər 30-39 yaş, 107 nəfər 40-49 yaş, 52 nəfər 50-59 yaş aralığında, 29 nəfər isə 60 yaşdan yuxarıdır".

"Adın və ya ata adının dəyişdirilməsi səbəbləri daha çox ərizəçini tərbiyələndirən şəxsin adı ilə ata adı daşımaq arzusu, adın pis səslənməsi, çətin tələffüz olunması və digər səbəblərlə bağlıdır", - qurumdan qeyd olunub.

Qeyd edək ki, 2024-cü ilin yanvar, fevral və mart aylarında 576 nəfər soyadını, adını və ata adını dəyişdirib. Ötən ilin yanvar-iyul ayları ərzində isə bu statistika 1 433 şəxs olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31