Odun doğrayan qadınların əli qabar olur- ÖZƏL

"Neftçalanın qazlaşdırılması ilə bağlı ciddi problem var". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Tənzilə Rüstəmxanlı deyib: "Naftçala rayonunun kəndlərində odun doğrayan qadınların əli qabar olur. Vəziyyət o həddə çatıb ki, rayon mərkəzindən 6 kilometr məsafədə yerləşən kənd qazla təmin olunmayıb. Avropaya qaz idxal edən ölkədə Neftçalanın 2 kəndinə qaz verilməsi elə bir çətinlik yaratmır. Odur ki, xahiş edirəm gələn ilin dövlət büdcəsində bu məsələ nəzərə alınsın".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31