“Bir ay toya getməsən, acından ölənin birisən!”
08:20 SosialGənc ifaçılar incəsənəti lap qara günə qoyublar. Böyük-kiçik bilmirlər. Ağzılarına gələni danışırlar. Nə sözün varsa, keç kənarda danış. Özünü bir az ələ al. Sonra öz eybini onsuz da anlayacaq".
Bu sözləri Əməkdar artist Gövhər Rzayeva "Günə uğurla" verilişində deyib. O, bu yaxınlarda verilişlərin birində yaşanan qalmaqala görə xəcalət çəkdiyini bildirib:
"Srağagün bir verilişə baxdım, xəcalət çəkdim. O yerə çatdırmayın. Bizə xalq baxır, onlardan çörək yeyirik. Allaha and olsun, səni bir ay toya aparmasalar, acından ölənin birisən! Niyə fironluq edirsən axı?".
Qeyd edək ki, bir neçə gün əvvəl "Tarixin bir günü" verilişində xoşagəlməz hadisə yaşanmışdı. (Axşam.az)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31