Mehdiyevin Gültəkin Hacıbəyliyə ev verməsində yeni detal
18:50 SosialDövlətə xəyanət və hakimiyyətin zorla ələ keçirilməsinə cəhd ittihamları ilə ev dustaqlığına məhkum edilən Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın keçmiş prezidenti Ramiz Mehdiyev sabiq deputat və Milli Şuranın üzvü Gültəkin Hacıbəyliyə ev verməsi haqda yeni detal üzə çıxıb.
Globalinfo.az bununla bağlı maraqlı faktlar əldə edib.
Məlumata görə, Gültəkin Hacıbəyliyə bağışlanan hər iki mənzil Ramiz Mehdiyevin kürəkəni İlham Əliyevin qardaşı Fikrət Əliyevin oğlu Orxan Əliyevə məxsus "Topaz" MTK tərəfindən inşa olunub.
Mənzil Ramiz Mehdiyevin göstərişi ilə Orxan Əliyev tərəfindən Gültəkin Hacıbəyliyə bağışlanıb.
Orxan Əliyevin mövqeyini dərc etməyə hazırıq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31