Vəzifədən azad edilən Teymur Mehdiyevin DOSYESİ

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Teymur Mehdiyevi fövqəladə hallar nazirinin müavini vəzifəsindən azad edib.

Olaylar Teymur Mehdiyevin dosyesini təqdim edir:

Teymur Ramiz oğlu Mehdiyev 25 iyun 1975-ci il tarixində Gürcüstan Sovet Sosialist Respublikasının Abxaziya MSSR-nın Suxumi şəhərində anadan olub.

1982-ci ildən 1992-ci ilə qədər Bakı şəhərində 134 № li orta məktəbdə təhsil alıb.

1992-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə daxil olmuş və 1997-ci ildə həmin Universiteti bitirib.

1997-1999-cu illərdə Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyində çalışmışdır.

1999-2001-ci illərdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyində işləyib.

2001-2004-cü illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində çalışıb.

2004-2006-cı illərdə Azərbaycan Respublikası Gənclər, İdman və Turizm nazirinin müavini, 2006-2011-ci illərdə isə Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin müavini, 2011-2014-cü illərdə isə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti rəisinin birinci müavini vəzifələrində çalışıb. 2011-ci ildə ona III dərəcəli dövlət miqrasiya xidməti müşaviri ali xüsusi rütbəsi verilib.

Azərbaycan Respublikası Prezidentinin 5 may 2014-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası fövqəladə hallar nazirinin müavini təyin edilmiş və general-mayor ali hərbi rütbəsi verilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31