Aeroportlarda VİP xidmətlərdən istifadə hüququ olan vəzifəli şəxslərin siyahısı genişləndirilib

Azərbaycan Respublikasının hava limanlarında xüsusilə mühüm şəxslər (VİP) və rəsmi nümayəndə heyətləri salonlarının xidmətlərindən istifadə hüququ olan Azərbaycan Respublikasının vəzifəli şəxslərinin siyahısı genişləndirilib.

Olaylar xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.

Sənədə əsasən, Azərbaycan Respublikası Prezidentinin Protokol Xidmətinin rəisi, habelə ailə üzvləri həmin siyahıya daxil edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31