Məşhəddə Asiya Parlament Assambleyasının komitə iclası keçiriləcək

Milli Məclisin deputatı, Asiya Parlament Assambleyasında nümayəndə heyətinin rəhbəri Rizvan Nəbiyev dekabrın 2-də bu təşkilatın Siyasi məsələlər üzrə daimi komitəsinin iclasında iştirak etmək üçün İran İslam Respublikasının Məşhəd şəhərinə səfər edəcək.  Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən "Olaylar"a bildirilib ki, millət vəkili səfər çərçivəsində "Demokratiya yolu ilə harmonik inkişaf", "Dostluq və əməkdaşlıq vasitəsilə Asiyada rifahın qurulması" və digər mövzuları əhatə edən qətnamə layihələrinin müzakirəsində iştirak edəcək. Deputatımızın iclasda çıxışı nəzərdə tutulub.
Səfər dekabrın 6-da başa çatacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31