Göyçayda “Milli-mənəvi kimlik və müasir çağırışlar” mövzusunda regional konfrans keçiriləcə
10:27 SosialDekabrın 3-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Göyçay şəhərində "Milli-mənəvi kimlik və müasir çağırışlar" mövzusunda regional konfrans keçiriləcək. Komitədən "Olaylar"a bildirilib ki, tədbirdə Dövlət Komitəsinin və Göyçay Rayon İcra Hakimiyyətinin rəhbərliyi, hüquq-mühafizə orqanlarının nümayəndələri, ilahiyyatçılar, din xadimləri və dini icma sədrləri iştirak edəcəklər.
Konfransın əsas məqsədi milli-mənəvi kimliyin cəmiyyətin təməl dəyəri kimi önəmini vurğulamaq, gənc nəslin milli dəyərlərə bağlılığını gücləndirmək, müasir dövrün sosial, mədəni və ideoloji çağırışlarına dair müzakirələr aparmaqdır. Konfrans iştirakçıları milli kimliyin qorunması, onun inkişafı ilə bağlı təklif və tövsiyələrini bölüşəcəklər.
Tədbir çərçivəsində "Ənənəvi dini mühitə təhdidlər və mübarizə yolları" və "Milli-mənəvi dəyərlərin qorunması və cəmiyyətə çatdırılmasında din xadimlərinin rolu" mövzularında panellərdə fikir mübadiləsi aparılacaq.