TDT-nin Media Forumu çərçivəsində üzv dövlətlərin qarşılıqlı əməkdaşlıq imkanlarına həsr olunan panel sessiya keçirilir

Bakıda Türk Dövlətləri Təşkilatının Media Forumu çərçivəsində "Rəqəmsal media mühitində TDT-yə üzv dövlətlərin qarşılıqlı əməkdaşlıq imkanları" mövzusunda ikinci panel sessiya keçirilir.

Olaylar.az rəhbəri Elmira Musazadənin moderatorluğu ilə keçirilir.

Panel sessiyada Medianın İnkişafı Agentliyinin Müşahidə Şurasının üzvü, Beynəlxalq Parlamentlərarası İttifaqın (IPU) Azərbaycandan vitse-prezidenti, Milli Məclisin deputatı Sevil Mikayılova, "Qazaxıstan" Respublika Teleradio Korporasiyası Səhmdər Cəmiyyətinin "Balapan" telekanalının direktoru Makpal Ukenova, Türkiyənin ölkəmizdəki səfirliyinin mətbuat müşaviri Alptekin Cihangir İşbilir, Özbəkistan Respublikası Prezidentinin Administrasiyası yanında Kütləvi İnformasiya Vasitələri üçün Məzmunun İstehsalı Mərkəzinin departament rəhbəri Tohir Umarov və Şimali Kipr Türk Respublikasının xarici işlər nazirinin müavini Mustafa Lakadamyalı spiker qismində çıxış edəcəklər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31