Türkdilli dövlətlərinin media ekosistemində dayanıqlılığının gücləndirilməsi strateji zərurəti çevrilib - MEDİA rəsmisi

Qlobal informasiya risklərinin sürətlə artdığı və dizinformasiya kampaniyalarının geniş yayıldığı bir dövrdə türkdili dövlətlərinin mediya ekosistemində dayanıqlılığının gücləndirilməsi strateji zəruəti çevrilib.

Olaylar.az xəbər verir ki, bunu bu gün Medianın İnkişafı Agentliyinin (MEDİA) Kommunikasiya şöbəsinin müdiri - mətbuat katibi Səidə Şəfiyeva Türk Dövlətləri Təşkilatının Media Forumu çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

S.Şəfiyeva bildirib ki, bu səbəbdən türkdili dövlətlərinin media və kommunikasiya sahəsində əməkdaşılığını möhkəməldirmək məqsədi ilə təşkil olunan Türk Dövlətləri Təşkilatının Media Forumu mühüm əhəmət kəsb edir:

"Təşkilata üzv dövlətlərin media və kommunikasiya sahəsində məsul yüksək səviyyəli rəsmilərinin iştirak etdiyi media forumda təhlükəsiz informasiya mühitinin formalaşdırılması, rəqəmsal media tendensiyalarının operativ şəkildə mənimsənilməsi, kadr potensialının gücləndirilməsi və media savadlılığının ictimaiyyətdə geniş təşviq edilməsi məsələləri müzakirə olunub".

O əlavə edib ki, keçirilən tədbirlərdə eyni zamanda təşkilata üzv dövlətlərin media qurumları arasında məzun mübadiləsinin genişləndirilməsi, eyni zamanda strateji kommunikasiya sahəsində koordinasiyalı fəaliyyətin gücləndirilməsi və dizinformasiyaya dair müdafiə mexanizmlərinin formalaşdırılmasının türk dünyası üçün nə dərəcəyə də prioritet məsələ olduğu vurğulanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31