Dezinformasiyanın məqsədi cəmiyyətdə formalaşan fikir və ictimai rəyə təsir göstərməkdir - Qazaxıstan nümayəndəsi

Qazaxıstan Prezidentinin xarici səfərləri zamanı ölkəmizlə bağlı saxta informasiyalar yayılırdı. Biz çalışırdıq ki, daha çox ələkdən keçirilmiş, dəqiqləşdirilmiş məlumatları yayaq.

Olaylar.az xəbər verir ki, bunu bu gün Qazaxıstanın "Xabar" Agentliyinin sədrinin müavini Dauletxan Jiyenkulov Türk Dövlətləri Təşkilatının Media Forumu çərçivəsində baş tutan "Müasir dövrdə artan qlobal informasiya təhdidlərinə qarşı dayanıqlı və preventiv addımlar: Türk dövlətlərinin media ekosistemi nümunəsində" mövzusuna həsr olunan panel sessiyada çıxışı zamanı deyib.

O bildirib ki, tədricən və ya sürətli şəkildə yayılan feyk-nyuslar cəmiyyətdə müəyyən çaşqınlıq yaradır:

"Məqsəd cəmiyyətdə, insanlarda formalaşan fikir və rəyə təsir göstərmək, ölkədəki daxili nizamı pozmaqdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31