Bayram Qasımovun fəaliyyətində nöqsanlar aşkarlandı, işdən çıxarıldı

Sabirabad rayonu Əsgər Şərbətov adına Çiçəkli kənd tam orta məktəbinin direktoru Bayram Qasımov vəzifəsindən azad edilib.

Bu barədə oxu.az-a Mil-Muğan Regional Təhsil İdarəsindən məlumat verilib.

Bildirilib ki, sözügedən məktəbdə qurum tərəfindən monitorinqlər aparılıb.

Aparılan monitorinqdən sonra məktəbin direktoru Bayram Qasımovun fəaliyyətində nöqsanlar aşkar edilib, bununla əlaqədar olaraq onun əmək müqaviləsinə xitam verilməsi üçün müvafiq əmr imzalanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31