Yardımlıda korrupsiyaya qarşı mübarizə mövzusunda tərbir keçirilib- ÖZƏL
11:45 SosialYardımlı rayon Tarix- Diyarşünaslıq muzeyində korrupsiyaya qarşı mübarizə ilə əlaqədar tədbir keçirilib. Muzeydən "Olaylar"a bildirilib ki, tədbir Yardımlı rayon Tarix-Diyarşünaslıq muzeyi , Yardımlı rayon Dövlət Rəsm Qalereyası və Yardımlı rayon Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutub. Tədbir "Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə əlaqədar reallaşıb. Tədbir Ulu Öndərin və şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etməklə öz işinə başlayıb.
Ardınca çıxış edən muzeyin əməkdaşı Anar Baloğlanlı, Dövlət Rəsm Qalereyasının əməkdaşı Sirac Sultanov və Mədəniyyət Mərkəzinin Bədii rəhbəri Vüqar Bağışov mövzu ətrafında geniş məruzə ilə fikirlərini bildiriblər.
Sonda tədbir iştirakçılarına muzeyin bələdçisi Aqil Əlizadə tərəfindən ekskursiya aparılıb və eksponantlar haqqında geniş məlumat verildikdən sonra xatirə fotoları çəkilib.