"Nişana 1 ay qalmış üzüyü qaytardım"

Müğənni Aysel Əlizadə şəxsi həyatı ilə bağlı etiraf edib. 

Axşam.az xəbər verir ki, sənətçi bu haqda "Afaqla 10lar" verilişində deyib. O bildirib ki, illər əvvəl ailə qurmağa hazırlaşırmış, amma yoldan dönüb:

"Ərə getmək istəmirdim. Elçilikdə qısa ətək geyindim ki, bəyənməsinlər. Amma qayınanam çox müasir imiş. Dedi, gözəlsən. Düşündüm ki, alınmadı. Həmin məsələ nişana qədər getmişdi. Amma nişandan 1 ay əvvəl dedim ki, istəmirəm. Uşaq idim, ani qərar vermişdim. Sonra düşündüm ki, bunun arxasında dayanmaq, davam etdirmək lazımdır. Ailə həyatını davam etdirməyə sevgi, həyəcan lazımdır. Bunların heç biri yox idi".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31