Saat 10:00-da qaz kəsiləcək - Bu ərazilərdə
10:09 SosialBu gün Sumqayıt şəhərinin bəzi ərazilərində qaz təchizatında müvəqqəti fasilə olacaq.
Olaylar.az xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb.
Balans qovşağının mövcud şəbəkəyə qoşulması ilə əlaqədar noyabrın 26-da Sumqayıt şəhəri Çerkassi küçəsi 50-ci məhəllə ünvanında qaz təchizatında məhdudiyyətlər tətbiq olunacaq.
Görüləcək işlərlə bağlı bu gün saat 10:00-dan etibarən həmin ərazidə yaşayan 600 abonentin qaz təchizatı dayandırılacaq.
Qazın verilişi işlər yekunlaşdıqdan sonra bərpa ediləcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31