Ronaldonun toyunun vaxtı məlum oldu
18:08 Sosial"Jornal da Madeira" qəzeti Ronaldonun qarşıdan gələn toyu ilə bağlı təfərrüatları öyrənib.
"Jornal da Madeira" qəzetinin məlumatına görə, beşqat "Qızıl top" mükafatı sahibi Kriştiano Ronaldo və Corcina Rodriges 2026-cı il Dünya Kubokundan sonra yayda Portuqaliyanın Madeyra adasında evlənəcəklər.
Toy mərasimi Funşal Katedralında, qəbul isə adadakı lüks oteldə keçiriləcək.
Cütlük 2016-cı ildən bəri birlikdədir və beş uşaq böyüdürlər (Kristiano Jr., surroqat anadan olan əkizlər Eva və Mateo və birlikdə iki qızı Alana Martina və Bella Esmeralda). Onlar bu ilin avqust ayında nişanlanıblar./Ucnoqta.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31