Xalqın xidmətində dayanan “el həkimi”

Tanınmış pediatr Firdovsi Abasovun doğun günüdür. Firdovsi həkim ömrünün 70-ci baharını yaşayır. Əməkdar həkim ömrünün ahıl yaşında yenə də xəstələrə şəfa verməkdən zövq alır. Fəaliyyəti dövründə apardığı elmi araşdırmalar, iştirak etdiyi beynəlxalq seminarlar və daimi mütaliə nəticəsində əldə etdiyi təcrübə imkan verir ki, gələcək nəslin sağlamlığının keşiyində dursun. Firdovsi həkim yaşamaq ümidinü itirmiş necə-necə fidan balanı həyata qaytararaq valideyinlərinə xoşbəxtlik bəxş edib.
Zəngin həyat təcrübəsinə malik olan Firdovsi həkim daim xeyirxah əməlləri ilə fərqlənib. Təkcə həkim kimi çalışdığı Sumqayıt şəhərində deyil, eləcə də bütün Respublika üzrə uşaqların sağlamlığı keşiyində dayanan müdrik insan həmişə peşəsinə sevgi ilə yanaşıb, Hipokrat andına sadiq qalıb. Gecə-gündüz bilmədən səhətində problem yaranan uşaqlara yardım etmək amalı olan həkimin el arasında hörməti sonsuzdur. Səmimi, mehriban, xeyirxah, gülərüz "el həkimi" hər zaman xaqın xidmətində olub. 
Səmərəli fəaliyyətinə görə, çoxsaylı fəxri adlar və mükafatlarla təltif olunan Firdovsi Abasov Prezident İlham Əliyevin Sərəncamı ilə "Əməkdar həkim" adına layiq görülüb. 
Firdovsi həkimi təbrik edirəm! Arzu edirəm kədər ondan uzaq olsun və gələcək günlər ona daim yaxşı əhval-ruhiyyə bəxş etsin!
 Sən böyük ürəyə sahib gözəl dost, yaxşı ailə başçısı, yaxşı sirdaşsan. Sən çevrəndəki insanlara hər zaman ilham verdin və onları hər zaman doğru yola yönəltdin.
Hər zaman gülümsə və xoşbəxt ol! Sən hər şeyin ən yaxşısına layiqsən. Ad günün mübarək olsun! Yeni yaşında sənə yeni nəaliyyətlər, bu müqəddəs peşə fəaliyyətində uğurlar arzulayıram!

Yaqut Abasova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31