Quru sərhədləri haqda mühüm açıqlama: Gələn ildən...

Son günlər quru sərhədlərinin yeni ildən etibarən açılıb-açılmayacağına dair müzakirələr yenidən aktuallaşıb. Pandemiya dövründən sərhədlərin bağlı qalması həm ictimaiyyət, həm də ekspertlər tərəfindən tez-tez gündəmə gətirilir. Məsələnin iqtisadi, sosial və psixoloji təsirləri barədə müxtəlif fikirlər səsləndirilir.

Mövzu ilə bağlı açıqlama verən iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, sərhədlərin açılacağı tarixlə bağlı dəqiq məlumat yoxdur.

Ekspertin sözlərinə görə, bu məsələnin nə vaxt həllini tapacağını heç kim dəqiq bilmir:

"Amma açılmalıdırmı? Bəli. Azərbaycan artıq dünyada bu mövzu ilə bağlı müzakirə obyektinə çevrilib. Dünyada quru sərhədləri bağlı olan ölkə qalmayıb. Azərbaycanda da bu məsələ birdəfəlik həll olunmalıdır."

Natiq Cəfərli qeyd edib ki, quru sərhədlərin bağlı qalması təkcə iqtisadiyyata deyil, turizm sektoruna və insanların psixoloji durumuna belə mənfi təsir göstərir:

"Quru sərhədlərin bağlı olması ölkə iqtisadiyyatına da, turizmə də, insanın psixologiyasına belə ziyan vuran amildir. Azərbaycan bu məsələdə nöqtəni qoymalıdır."

Ekspert onu da əlavə edib ki, sərhədlərin yaxın zamanda açılıb-açılmayacağı barədə qəti fikir söyləmək hələlik mümkün deyil. (Konkret.az)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31