Yasamal prokurorluğunda müstəntiqlə şahidin “DUETİ” – Birinci vitse-prezidentə MÜRACİƏT EDİLDİ
09:42 Sosial2025-ci il avqustun 23-də iş adamı Emil Ağacanovun Yasamal rayon ərazisində yerləşən mənzilində işçisi Muradova İradə Oleq qızını xüsusi amansızlıqla qətlə yetirməsi ilə bağlı Muradova Rəna Oleq qızının müraciətini ictimailəşdirmişdik.
Xatırladaq ki, hadisə ilə bağlı Yasamal rayon prokurorluğunda cinayət işi açılıb və istintaq davam edir. Mərhumun bacısı Rəna Muradova redaksiyamıza ünvanladığı müraciətində işin obyektiv aparılmadığını bildirir. Bu haqda Müstəqil.Az-ın araşdırması davam edir. Ötən yazılarımızda bir çox suallara cavab axtarmış, cinayət işi ilə bağlı sorğular ünvanlamışdıq. Təəssüf ki, heç bir inistansiya suallarımıza dolğun cavab verməmiş, yaxud tamamı ilə susmağa üstünlük vermişdilər.
Qətlə yetirilən İradı Muradovanın zərərçəkmiş kimi tanınan qanuni nümayəndəsi Rəna xanım bizə və ölkənin Birinci vitse-prezidenti, xanım Mehriban Əliyevaya müraciətində bəzi diqqətçəkən məqamlara toxunur, xüsusi amansızlıqla qətlə yetirilən bacısı Muradova İradənin istintaq işinin obyektiv aparılmasında özündə və digər yaxınlarında əsaslı şübhələrin olmasından bəhs edir.
O, bacısını amansızlıqla qətlə yetirən Emil Ağacanovun yaxın qohumu, bacısının həyat yoldaşı Elnur Həbibovun dostu ilə birlikdə ilkin olaraq hadisə yerinə gəlməsini qeyd edir. Bildirir ki, "Muradova İradə guya ki, hamam otağında büdrəyərək, yıxılaraq vannaya toxunub və dünyasını dəyişib. O, bu ifadəsi ilə bizdə və istintaqda çaşqınlıq yaradıb. Sonradan ekspertizanın və cəsədi müayinə edən həkimin də verdikləri rəylər istintaq işinin həqiqətən də birtərəfli aparılmasında bizdə şübhə yeri qoymur", deyən zərərçəkmiş, işin daha dəqiq aparılması üçün lazımı inistansiyalara müraciət etməkdə davam edəcəyini qeyd edir.
Hadisə ilə bağlı şikayət ərizəsində adı keçən, Elnur Həbibovla əlaqə saxladıq:
Rəna Muradova müraciət edib. Orada sizin də adınız keçir. İddia edir ki, hadisə yerinə ilk siz gəlmisiz və istintaqı yayındırmaq üçün səhv məlumatlar vermisiniz. Guya İradə xanımın ölümünə səbəb heç bir fiziki şiddətin və boğularaq öldürülməsi halı deyil, vannaya yıxılaraq ölməsidir. Deyilənlər və yazılı olaraq bildirilənlər nə dərəcədə doğrudur?
Elnur Həbibov, sualımıza cavab olaraq, "zəhmət olmasa Yasaml Rayon Prokurorluğuna müraciət edəsiniz, deyə cavab verdi".
Maraqlıdır, görəsən Elnur Həbibov belə cavab verməkdə Yasamal rayon prokurorluğunu özünün sözçüsü kimi görür, yoxsa belə təlimatlandırılıb ki, hadisə ilə bağlı suallar olarsa, cavabdan yayınaraq, prokurorluğa yönəltsin?
Hər-halda istintaq davam edir, inanırıq ki, prokurorluq, cinayət işinin araşdırıcısı olan müstəntiq görəvlərinə düşən işi ləyaqətlə başa çatdıracaq, cinayətkar və bu işi gizlətmək istəyənlər cəzalarına çataqcaq.
***
Yasamal rayon prokurorluğunun müstəntiqi ilə (İstintaq prosesi getdiyinə görə, hələlik müstəntiqin kimliyini qeyd etmirik) əlaqə saxladıq.
Müstəntiq sorğumuza, "Mən iş barədə danışa bilmərəm, üzürlü sayın, bu istintaq məlumatlarıdır. İş üzrə istintaq məlumatları yayınlana bilməz" , deyərək Baş prokurorluğun mətubat xidməti ilə əlaqə saxlamağımızı məsləhət bildi.
Bird aha xatırladaq ki, Muradova Rəna bizə və digər inistansiyalara müraciətində Yasamal rayon prokurluğunda aparılan istintaqın gedişindən narazı qaldığını bildirib. O, bu barədə Respublika prokurorluğuna müraciət etdiyini, cinəyət işinin digər instansiyada aparılmasını xahiş etsə də, hələ ki, müsbət cavab almayıb.
Mövzunu gündəmdə saxlayacağıq...