Diyetoloq: Uşağınıza bu balığı verməyin

Diyetoloq Dr. Hanna Stolinska, uşaqların sevdiyi hazır balıq məhsullarından biri olan balıq çubuqlarını sərt şəkildə tənqid edib.

Milli.Az xəbər verir ki, onun sözlərinə görə, supermarketlərdə satışda olan bu məşhur məhsul "qatqılarla dolu kalori bombası"dır və uşaqlara verilməsi düzgün deyil.

Dr. Stolinska bildirib ki, balıq sağlam protein, vitamin və Omeqa-3 mənbəyidir, lakin emal olunmuş balıq məhsulları bunun tam əksidir. O, uşaqlara balığı bu formada verməkdənsə, ümumiyyətlə verməməyin daha yaxşı olacağını vurğulayıb və bu hazır məhsulları "tamamilə zibildir" deyə əlavə edib.

Mütəxəssisin sözlərinə görə, balıq çubuqlarının tərkibində balıqdan daha çox un, duz, nişasta, şəkər, rəngləndirici və dad artırıcı maddələr mövcuddur. Üstəlik, qızardıldıqda bu məhsul kalori yükünə çevrilir, bir porsiya (100 qram) təxminən 280 kaloridir.

Daha sağlam seçim nədir?

Uzmana görə, uşaqlar üçün daha az emal olunmuş, təmiz sulardan tutulan ağ balıq növləri daha yaxşı seçimdir. Bu balıqlar həm qidalıdır, həm də daha təhlükəsizdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31