Almaniyada yaşayan azərbaycanlı gənc pianoçunun Berlində “Narın içində not” adlı solo konserti keçirilib (FOTO)

Almaniyada yaşayan azərbaycanlı gənc pianoçu Nərmin Nəcəflinin Berlində "Narın içində not" adlı solo konserti keçirilib.

Olaylar xəbər verir ki, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin tabeliyindəki Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi ilə təşkil edilən və milli musiqimizin Avropada təbliği məqsədi daşıyan konsert dahi bəstəkarımız Üzeyir Hacıbəylinin 140 illik yubileyinə həsr olunub.

Nərmin Nəcəfli konsertdə Azərbaycanın görkəmli bəstəkarları Üzeyir Hacıbəyli, Qara Qarayev, Tofiq Quliyev, Vaqif Mustafazadə, Fərhad Bədəlbəyli, Adil Bəbirov, həmçinin Frederik Şopen və Frans List kimi Avropa bəstəkarlarının əsərlərini səsləndirib. Üzeyir Hacıbəylinin "Sevgili canan"ı zərif lirizmi ilə dinləyiciləri duyğulandırıb, Qara Qarayevin "Don Kixot" simfonik qravürlərindən "Səyahət" əsəri isə dinamizmi ilə iştirakçıların zövqünü oxşayıb. Tofiq Quliyevin "Lirik Vals"ı, Vaqif Mustafazadənin "Düşüncə"si isə improvizasiya zənginliyi ilə dərin emosional anlar yaşadıb.

Gənc pianoçunun peşəkar ifası dəfələrlə gurultulu alqışlarla qarşılanıb.

Almaniyada yaşayan azərbaycanlı gənc pianoçunun Berlində "Narın içində not" adlı solo konserti keçirilib (FOTO)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31