Yaş salfetlər qadağan olunacaq? - Marketlərdən yığışdırılır

Dünyada tərkibində plastik olan bioloji parçalanmayan yaş salfetlərin satışı məhdudlaşdırılır. Avropada qəbul edilən tənzimləmə qüvvəyə minərsə, ev təmizliyi, körpə baxımı və tualet istifadəsi üçün istifadə edilən yaş salfetlərin əhəmiyyətli bir hissəsi market rəflərindən yığışdırılacaq.

Milli.Az xəbər verir ki, tualet kağızından fərqli olaraq, plastik əsaslı yaş salfetlər suda həll olunmur və təkrar emal sisteminə ciddi ziyan vurur. Mütəxəssislər bu salfetlərdən istifadənin kanalizasiya sistemlərinə də böyük yük yaratdığı və məişət santexnika sistemlərində yaranan tıxanmaların yarısının bioparçalanmayan yaş salfetlərdən qaynaqlandığını vurğulayırlar. 

Ardıcıl Avropa ölkələrində məhdudiyyətlərin qüvvəyə minməsi ilə supermarket şəbəkələrinə və istehsalçılarına 1 yanvar 2026-cı il tarixinə qədər vaxt verilir və dünyanın bir çox başqa ölkələrinin də buna əməl edəcəyi gözlənilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31