Şəxsi karyera uğrunda etik normadan kənar hərəkətlər geniş yayılıb- ÖZƏL

"Müasir elmi və akademik mühitində müəyyən davranış modellərinin müşahidəsi göstərir ki, şəxsi karyera və sosial mövqe uğrunda konformizm, loyallıq nümayişi və bəzən etik normalardan kənar hərəkətlər geniş yayılmışdır". "Olaylar" xəbər verir ki, bunu iqtisadçı alim, professor Zahid Məmmədov deyib: "Aparılan müşahidələr göstərir ki, bəzən elmi əməkdaşlar rəhbər strukturların gözləntilərinə uyğun hərəkət etməklə öz mövqelərini gücləndirir. Belə fərdlər əvvəllər elmi icmada az tanınmış ola bilsələr də, institusional qaydaların tələblərinə uyğun davranmaqla yüksək elmi və inzibati vəzifələrə yüksələ bilirlər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31