Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sıraları genişlənir
19:15 SosialAzərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sıralarına daha bir qiymətləndirmə şirkətinin qəbul edilməsinə qərar verilib.
Bu barədə AQC sədri, Türk Dövlətləri Qiymətləndiricilər Birliklərinin prezidenti Vüqar Oruc məlumat verib. Onun sözlərinə görə, "PRENOTA" MMC qiymətləndirmə şirkəti artıq AQC-yə üzv qəbul edilib. Hazırda daha iki şirkətin müraciəti araşdırılır və təşkilatın müvafiq qurumları həmin şirkətlər barədə müsbət rəy verdikdən sonra müraciətlər müzakirəyə çıxarılacaq.
Vüqar Oruc bildirib ki, AQC ilin yekunlarına həsr olunmuş tədbirə hazırlıq prosesinə başlayıb. Bununla yanaşı, təşkilatın yenidən qurulması, rebrendinq çərçivəsində daxili təlimat və tövsiyələrin yenilənməsi, eləcə də departamentlərin yeni təyinatlardan sonra işinin təkmilləşdirilməsi istiqamətində fəal işlər aparılır.
Qeyd edək ki, Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti qiymətləndiricilərin peşəkar birliyidir. Təşkilat 1998-ci ildə yaranıb, 1999-cu ildə dövlət qeydiyyatına alınıb və ölkədə qiymətləndiricilərin hüquqlarını qoruyan, həmçinin yerli qiymətləndiricilərlə beynəlxalq qurumlar arasında əməkdaşlığı təmin edən ictimai birlikdir.