"Məsuliyyətli jurnalistika və rəqəmsal innovasiya" adlı panel müzakirəsi keçirilib
14:26 Sosial"Dialoqun, əməkdaşlığın və regional həmrəyliyin təşviq edilməsi" mövzusunda D-8 Media Forumu çərçivəsində keçirilən "Məsuliyyətli jurnalistika və rəqəmsal innovasiya" adlı panel müzakirəsi keçirilib.
Olaylar.az xəbər verir ki, Banqladeş Mətbuat İnstitutunun baş direktoru Faruk Vasif Ömər bu gün panel müzakirələri zamanı "Facebook" və "YouToub" kimi sosial platformalar faktların yoxlanılmasında məsuliyyətli olmağa diqqət çəkib:
"Bu gün rəqəmsallığın inkişafı elə həddə çatıb ki, reallığı süni intellekt məhsulundan ayırmaq çətindir. Blogerlər, Tik-tokçular əsrində yeni idealardan danışırıqsa, gənclerin fəaliyyət göstərdiyi sahələrə sirayət etmək lazımdır. Bu dövrdə "fake" informasiya ilə mübarizə olduqca çətinləşib. Saxta məlumatlardan danışanda problemin mənbəyini müəyyənləşdirmək lazımdır. "Facebook" və "YouToub" kimi sosial platformalar faktların yoxlanılmasında məsuliyyətli olmalıdır".
İranın Press TV kanalının beynəlxalq əlaqələr şöbəsinin müdiri Elham Abedini məlumatın yayımı ilə bağlı ana xətt formalaşdırmağın vacibliyini vurğulayıb:
"Ən vacib məsələ süni intelektin imkanları ilə risklərini tənzimləyəcək protokollar tərtib etməkdir. Bu sahədə əldə etdiyimiz nailiyyətlər çox azdır. D-8 çərçivəsində yaradılan mərkəzlərin süni intellektlə bağlı bizi bir araya gətirə bilər. Süni intellekt dövründə jurnalsitikanın necə davam etdirilə biləcəyimizi, süni intellektdən müsbət yararlanma yollarını müəyyənləşdirməliyik. Süni intellekt bizi bir-birimizə saha da yaxınlaşdıra bilər".
İndoneziyanın rəqəmsal biznes, media innovasiyası üzrə mütəxəssisi Ferdian isə müzakirələr zamanı risklərə diqqət cəkib:
"Məzmuna əlavədən, analitikadan danışırıqsa, burdakı müəyyən riskləri qeyd etməliyik. Çünki burada birbaşa ünsiyyət yoxdur. Gerçək mənbə - bu da başqa bir nüansdır. Hər şey süni intellekti necə yönəltməyinizdən asılıdır. İnnovasiya prinsipi tənzimləmənin təcrübələri boğmamağına xidmət etməlidir".
Misirin "Al-Ahram weekly" , Al-Ahram Online" mediasının baş redaktoru Ezzat İbrahim panel zamanı alqoritmlərin xəbər redaksiyaları üzərində hökmranlığından danışıb:
"Sosial platformaların hökmranlığı gələcəkdə də davam edəcək. Hökumətlər KİV sahəsini əvvəlki kimi tənzimləmək iqtidarında olmayacaq və nəticədə KİV təsisatlarını bir araya gətirmək məcburiyyəti ilə üzləşəcəyik. Bu qaydaların müzakirəsi baxımından yeni mərkəzlərin yaradılması mühüm addım ola bilər".
Panel müzakirələrlə başa çatıb.