“Z" nəslinə sosial media və KİV-dən düzgün istifadəni izah etmək əsas vəzifəmizdir - Pakistanlı nazir
11:14 SosialElektron KİV-lərdən rəqəmsal mediaya keçid özbaşına baş verdi.
Olaylar.az xəbər verir ki, bunu bu gün Pakistanın Federal İnformasiya və Yayım Naziri Attaullah Tarar "Dialoqun, əməkdaşlığın və regional həmrəyliyin təşviq edilməsi" mövzusunda D-8 Media Forumunda çıxışı zamanı bildirib.
O qeyd edib ki, rəqəmsal media bu gün sürətlə inkişaf edir:
"Z" nəslinə sosial KİV və şəbəkələrdən düzgün istifadə qaydalarını izah edə bilmək əsas məsələdir. Səhv məlumat əhalinin etibarını zədələyir və onları yanlış istiqamətlərə yönəldir. Yayım şirkətlərində peşəkarlar çalışmalıdır, şirkətlər müasir avadanlıqlarla təmin edilməlidir. Dezinformasiyanın qarşısını almaq üçün əhalini maarifləndirməliyik".
"Bu gün burada Bakı Bəyannaməsi qəbul ediləcək və bu, bizim yol xəritəmizi formalaşdıracaq. Təklif edirəm ki, sosial media və şəbəkələr baxımından da ortaq təşəbbüs həyata keçirək. Bu, ölkələrimizdə yaşayan insanlar üçün vahid bir platformanın yaradılmasına xidmət edəcək. Belə bir platforma İslamofobiya ilə mübarizə üçün çox əhəmiyyətli ola bilər. Onlayn məkanda nifrət nitqləri, ekstremist mövqeli şəxslər və təşkilatlarla mübarizə də əsas məsələlərdən biri olmalıdır", - nazir əlavə edib.