İcazələr artıq müdirdən deyil, portaldan alınacaq
19:31 Sosialİşdən icazələr artıq şifahi və yazılı formada deyil, elektron olacaq. Vətəndaşlar bu prosesdə portala daxil olub qısa müddətli icazə kağızı tərtib edə biləcəklər.
Olaylar.az xəbər verir ki, ekspertlərin fikrincə, bu imkan işçi və rəhbər heyət arasında rəsmi yazışmaların daha çevik həllinə yönəlib.
Praktikaya əsasən, bəzən elə hallar olur ki, işçi təcili olaraq harasa getməlidir. Bu halda isə bəzən rəhbərliyin xəbəri olmur. Amma elektron qaydada bu proses həm iki tərəfin işini yüngülləşdirir, həm də tez zamanda məsələ həll olur.
Qeyd edək ki, bu proses zaman-zaman kağız üzərində olan problemləri geridə qoyacaq və elektron formada öz həllini tapacaq. İcazələrin elektron qaydada alınması əmək proseslərinin rəqəmsallaşdırılmasına və proseslərin daha səmərəli olmasına imkan yaradacaq.