Hakim olmaq istəyənlərin DİQQƏTİNƏ
18:53 SosialTest imtahanında müvəffəqiyyət qazanmış hakimliyə namizədlərin yazılı imtahan verəcəyi tarix məlum olub.
Olaylar.az xəbər verir ki, bu barədə Məhkəmə-Hüquq Şurası məlumat yayıb.
Bildirilib ki, test imtahanında müvəffəqiyyət qazanan 160 nəfər hakimliyə namizədlə 30 noyabr 2025-ci il tarixdə saat 11:00-da Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusunda (Bakı şəhəri, Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi, 108) yazılı imtahan keçiriləcək.
Bununla əlaqədar namizədlər "imtahana buraxılış vərəqəsi"ni dim.gov.az keçidi vasitəsilə əldə edə bilərlər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31