Süni intellekt viruslar yayır - "Microsoft"dan xəbərdarlıq

"Microsoft" "Windows 11"-ə əlavə olunan yeni süni intellekt agentləri barədə xəbərdarlıq yayıb.

Olaylar.az Milli.Az-a istinadən xəbər verir ki, şirkət bildirir ki, bu agentlər bəzi tapşırıqları avtomatik yerinə yetirə bildiyi üçün yanlış yönləndirildikdə sistemə zərərli proqramlar yükləmək riski yarana bilər.

Bu funksiya standart olaraq söndürülüb. Aktiv edildikdə agentlər ayrıca hesablarla işləyir və sənədlər, masaüstü və endirmələr qovluğuna giriş əldə edir. "Microsoft" bunun təhlükəsizlik baxımından risk yaratdığını deyir.

Şirkət "cross prompt injection" adlı təhlükəni də vurğulayır. Bu o deməkdir ki, zərərli sənədlər və ya məzmun agentin davranışını dəyişdirə və istifadəçidən xəbərsiz sistemə proqram quraşdıra bilər.

"Microsoft" təhlükəsizliyi artırmaq üçün agentlərin bütün addımlarının qeydə alındığını və vacib əməliyyatların yalnız istifadəçi təsdiqi ilə icra olunduğunu bildirir. Yeni funksiya hazırda yalnız "Windows Insider" testçilərinə açıqdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31