"Whatsapp"dakı bu "fırıldağı" çox adam bilmir - Xəyanət edənlərin "sirri" ifşa oldu
12:33 Sosial"Whatsapp"da mesajları tam gizlətmək mümkündür.
Çoxu "Whatsapp"da mesajları gizlətmək üçün arxivləsə də, mesajları tamamilə görünməz etmək olur.
iPhone-larda kilidlənmiş mesajlara xüsusi kod qoymaqla onları tam gizlətmək imkanı yaranır.
"Whatsapp" çatlarını kodla gizlətmək qaydası:
Birinci mərhələ Chat Lock aktivləşdirmək
- Whatsapp-ı açın
- Gizlətmək istədiyiniz söhbətə daxil olun
- Yuxarıda olan adın üzərinə toxunun
- "Chat Lock" bölməsini seçin
- Telefonunuzun ekran parolu və ya barmaq izini təsdiqləyin
- Bloklama açıldıqdan sonra həmin söhbət siyahıdan gizlənir
- İkinci mərhələ Gizli söhbətləri açmaq
- Whatsapp əsas ekranında barmağı yuxarıdan aşağı çəkin
- "Locked chats" bölməsi açılacaq
- Giriş üçün telefonunuzun parolu və ya barmaq izi tələb olunacaq
- Kod təsdiqlənəndən sonra gizlədilmiş mesajlar görünəcək
Üçüncü mərhələ Xüsusi kodla gizlətmək (Whatsapp-ın yeni funksiyası)
Whatsapp bəzi ölkələrdə gizli söhbətlər üçün ayrıca kod təyin etməyə imkan verir.
- Tənzimləmələr bölməsinə keçin
- "Privacy" hissəsini açın
- "Chat Lock" bölməsinə toxunun
- "Secret code" seçin
- Öz kodunuzu yazın
Bu kodu yazmadan gizli söhbətlər heç bir yerdə görünmür.
Qeyd edək ki, bu qaydalar rəsmi Whatsapp funksiyalarıdır və təhlükəsizlik üçündür./Milli.Az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31