Sabah 22 dərəcə isti olacaq

Noyabrın 20-də gözlənilən hava şəraiti açıqlanıb.

Olaylar.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Məlumata əsasən Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər yarımadanın bəzi şəhərətrafı ərazilərində az çiskinli olacağı ehtimalı var. Mülayim cənub-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 10 dərəcən14, gündüz 17 dərəcədən 22 dərəcəyə qədər isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 768 mm civə sütunu,nisbi rütubət gecə 80-85 %, gündüz 70-75 % təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 5 dərəcədən 10, gündüz 17 dərəcədən 21, dağlarda gecə 1 dərəcədən 5, gündüz 7 dərəcədən12 dərəcəyə qədər isti olacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31