Bu nömrələrdən edilən zənglər təhlükəlidir? - AÇIQLAMA

Azərbaycanda son günlər ərzində sosial şəbəkələrdə "9990" və "7770" nömrələrindən gələn zənglərlə bağlı çağırış xarakterli məlumatlar, eləcə də həmin zəngləri cavablandıran şəxslərin məlumatlarının oğurlandığı barədə iddialar yayılıb. Belə zənglər hansı təhlükələrə səbəb ola bilər?

Olaylar.az xəbər verir ki, mövzu ilə bağlı Trend-ə açıqlamasında İT üzrə mütəxəssis Bəhruz Əliyev bildirib ki, bu tipli qısa nömrələrdən gələn zənglər real operator və banklara aid olmur.

"Bu, zəng edilən nömrələrin saxtalaşdırılması kimi adlanan texnika ilə edilir. Belə zənglər İP və internet üzərindən işləyən saxta telefon sistemləri vasitəsilə həyata keçirilir. Dələduzlar internetdə ucuz qiymətə telefon xidməti alırlar və bundan sonra istədikləri nömrəni sizin ekranınızda göstərmək imkanları olur".

B.Əliyev qeyd edib ki, bu tipli zənglər əsasən xarici ölkələrdən edilir.

Həmin zənglərin məqsədi müxtəlif olur. Bank hesablarını ələ keçirmək, sosial media hesablarının oğurlamaq, şəxsin haqqında məlumat toplamaq kimi məqsədlər üçün edilir. Lakin belə cəhdlər birbaşa nömrəylə əlaqə saxlayaraq reallaşmır. Növbəti mərhələdə onlardan bizə sms kod gələ bilər ki, bununla yanlış istiqamətlənərək maddi, mənəvi zərərə uğraya bilərik.

Mütəxəssisin fikrincə, bu cür nömrələrdən gələn zəngin cavablanması ilk cəddə hərhansı risk doğurmur:

"Zəng edənlər ilk olaraq nömrənin aktiv olub-olmadığını yoxlayırlar. Bundan sonra nömrəmizə "fishing" məqəsədli zənglər, mesajlar, linklər gələ bilər. Bu tipli nömrələrə cavab verməmək tövsiyə edilir. Belə zənglər gəldikdə mobil operatora məlumat verilməlidir ki, müvafiq tədbir görülsün".

B.Əliyev vurğulayıb ki, telefonlarda əməliyyat sistemlərini daimi olaraq yeniləyib ən son versiyanı aktivləşdirmək lazımdır.

"Banklar və dövlət qurumlarının hansısa zənglə bizdən məlumat öyrənməyə ehtiyacının olmadığını unutmamalıyıq",-deyə o, əlavə edib.

Qeyd edək ki, DİN hazırda "9990" və "7770" nömrələrindən gələn zənglərlə bağlı iddiaları araşdırır.

Qurumdan açıqlanıb ki, ilkin araşdırmalar zamanı bank kartlarına müdaxilə, hesablardan pul vəsaitlərinin oğurlanması və ya vətəndaşların şəxsi məlumatlarının ələ keçirilməsi ilə bağlı hər hansı fakt aşkarlanmayıb.

Bu nömrələrdən edilən zənglər təhlükəlidir? - AÇIQLAMA (FOTO)

Bu nömrələrdən edilən zənglər təhlükəlidir? - AÇIQLAMA (FOTO)

Bu nömrələrdən edilən zənglər təhlükəlidir? - AÇIQLAMA (FOTO)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31