Toyda müğənni ona verilən pulu GÖTÜRMƏDİ: elə hərəkət etdi ki... - VİDEO

Toy mərasimlərindən birində lentə alınan görüntülər sosial şəbəkədə müzakirələrə səbəb olub.

Yayılan videoda məclis iştirakçılarından biri səhnəyə yaxınlaşaraq müğənniyə pul uzadıb. Lakin ifaçı jesti mədəni şəkildə geri çevirib və həmin şəxsə qulağına nəsə deyərək uzaqlaşıb.

Bu davranış izləyicilər tərəfindən birmənalı qarşılanmayıb. Sosial şəbəkə istifadəçilərinin bir qismi müğənninin hərəkətini "nümunəvi davranış" adlandıraraq onu dəstəkləyib, digərləri isə toyda pul verilmə ənənəsinin nümayişkaranə şəkildə edilməsini tənqid ediblər.

Qeyd edək ki, görüntülərdə müğənninin kimliyi açıqlanmasa da, hadisə sosial mediada geniş maraq doğurub.\\milli.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31