Bu qəzet bağlanır

"Səs" qəzeti fəaliyyətini dayandırır.

Olaylar.az xəbər verir ki, bu barədə qəzetin Baş redaktoru Bəhruz Quliyev məlumat verib.

Bildirib ki, 35 ildir fəaliyyət göstərən kollektivlə son dəfə iclas keçirilib və müzakirələr aparılıb:

"Müzakirələrdən sonra qəzetin bağlanmasına qərar verilib".

Qeyd edək ki, "Səs" qəzeti 1990-cı ilin noyabrında "Əlincə" Azərbaycan Xeyriyyə Cəmiyyətinin orqanı olaraq qeydiyyatdan keçib, 1991-ci il yanvarın 11-də dərc olunmağa başlayıb. Qəzetin ilk redaksiyası AMEA-nın Fizika İnstitutunun 6-cı mərtəbəsində olub. "Səs" qəzetinin ilk baş redaktoru Ağabəy Əsgərov olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31