ANAMA və Aİ nümayəndəliyi mina təmizləmə sahəsində əməkdaşlığın genişləndirilməsini müzakirə edib

Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin yeni təyin olunmuş rəhbəri, səfir Mariyana Kuyundziç ilə görüş keçirib.

Olaylar.az xəbər verir ki, bu barədə ANAMA məlumat yayıb.

Bildirilib ki, görüşdə Qarabağ və Şərqi Zəngəzurda mövcud mina problemi, çirklənmə miqyası, mina probleminin bərpa-yenidənqurma işlərinə və keçmiş məcburi köçkünlərin qayıdışına yaratdığı manelər, eləcə də icra edilən genişmiqyaslı minatəmizləmə fəaliyyəti barədə nümayəndəyə məlumat verilib.

Görüş zamanı Azərbaycanda həyata keçirilən humanitar minatəmizləmə fəaliyyətinə Avropa İttifaqı tərəfindən dəstəyin davam etdirilməsi, bu çərçivədə yeni layihə imkanları, habelə qarşılıqlı maraq kəsb edən digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31