Saytlara maliyyə dəstəyinin məbləği 2 min manat artırıldı

Onlayn media subyektlərinə maliyyə dəstəyinin məbləği artırılıb.

Olaylar.az xəbər verir ki, bu barədə Medianın İnkişafı Agentliyinin (MEDİA) onlayn media subyektlərinə dəstək müsabiqəsinin şərtlərində qeyd olunub.

Bildirilib ki, yekunda qalib elan edilmiş onlayn media subyektləri ilə Agentlik arasında həmin subyektlərin hər birinə aylıq 5000 manat məbləğində maliyyə yardımının göstərilməsinə dair müqavilə imzalanacaq.

Qeyd edək ki, əvvəllər bu məbləğ 3000 manat təşkil edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31