"Yazılı mətbuat ağır günlərini yaşayır"

"Yazılı mətbuat ağır günləri yaşayır".

Olaylar.az xəbər verir ki, bu sözləri Milli.Az-a açıqlamasında Mətbuat Şurasının sədri Rəşad Məcid deyib.

Onun sözlərinə görə, bu gün texnologiyaların sürətli inkişafı yazılı mətbuatı ciddi çətinliklərlə üz-üzə qoyub.

Uzun illər qəzetlərin Azərbaycan dilinin keşiyində dayandığını, xeyli işlər gördüyünü deyən R.Məcid qeyd edib ki, lakin indi yeni media platformalarının inkişafı, geniş yayılması nəticəsində qəzet oxunması xeyli azalıb.

Nəzərə çatdırıb ki, son illərdə qəzetlərin  yaşaması əsasən dövlət dəstəyi hesabına mümkündür:

"Artıq demək olar ki, bütün qəzetlərin elektron versiyası mövcuddur".

MŞ sədri vurğulayıb ki, sosial media operativliyi baxımından həm yazılı, həm də onlayn medianı çox vaxt üstələyir və bu müəyyən problemlər yaradır. İzah edib ki, sosial şəbəkələrdə peşəkarlıq və məsuliyyət hissi yoxdur:

"Məhz buna görə də yeni media qanunvericiliyində media savadlılığı xüsusi bənd kimi qeyd edilib. Ümid edirəm ki, bu xaotik dövr keçib gedək.  İnsanlar yenidən ciddi, peşəkar jurnalistikaya, dərin təhlillərə, araşdırmalara, şərhlərə ehtiyac duyacaqlar".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31